Seçilmiş əsərləri (İ. S. Turgenev)

"Şərq-Qərb" nəşriyyatı, Bakı, 2006. II cilddə. I cild - 320 səh., II cild - 360 səh. Çəkisi: 950 qr, ölçüsü: 150x220 (mm.).


11.00 AZN


I cild

Böyük rus yazıçısı İvan Sergeyeviç Turgenev Puşkin, Lermontov və Qoqoldan sonra XIX əsrin ikinci yarısında realist rus ədəbiyyatı və ictimai-siyasi fikir tarixində özünəməxsus, əzəmətli yer tutmuşdur.

Onun mənsur şeirləri, hekayə və povestlərində çar Rusiyasının əsas təzadı - kəndlilərlə mülkədar təsərrüfatının böhranının şərtliklə yox, dünyagörüşünün liberal təbiətinə uyğun bir yumorla göstərmişdir.

Turgenevin romanlarında eyş-işrətə sonsuz meyil, harınlıq, avara həyata aludaçilik, ehtiras düşkünlüyü rus dvoryanlarının çürüməkdə olan mənəviyyatını səciyyələndirən əsas əlamətlər kimi pislənilir və qarşıya XIX ərs rus mühitinin müsbət qəhrəmanını yaratmaq probleminin həlli məsələsi qoyulur.

Bu kitaba İ. S. Turgenevin mənsur şeirləri, "Ovçunun xatirələri", "Ovçu hekayələri" və digər əsərləri daxil edilmişdir.

 

II cild

Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenevin "Seçilmiş əsərləri"nin ikinci cildinə "Dvoryan ocağı", "Atalar və oğullar" romanları daxil edilmişdir.

Bu əsərlərdə ailə tərbiyəsi məsələsi ictimai problem kimi əsaslandırılmış, bu problemin Qərbə münasibətlə bağlı cəhətlərinin rus xalq həyatı ilə uyğun gəlməyən əlamətlərini dvoryanlığın faciəsini törədən amillər, dvoryan tifaqlarının dağılmasını sürətləndirən səbəblər kimi ümumiləşdirilmişdir.



AZN məzənnəsi
16.03.2012 tam siyahı
1 USD 0.7863
1 EUR 1.0290
1 RUR 0.0268