Qızışdırar bahar ayı yerin, göyün havasını, Dəyişdirər, tünüklədər xəlaiqin libasını. Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir, Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir Bitər çəməndə lalələr, əlində al piyalələr, Səhər zamanı dürr kimi düşər ot üstə jalələr Sürü-sürü qoyunları çoban yamacda otladar, Alar ələ papağını, oxur şikəstə, fit çalar. Inək, camış, qoyun, quzu çıxar naxırda otlağa, Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa. Taxıl yerin şum eyləyib əkin əgər əkinçilər, Əlində dəryaz ot biçər mayıs ayı biçinçilər. 1908 |