Qışın nəğməsi PDF ap et Dosta gndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Saqqalı ağ, saçı ağ,
Əlində zorba çomaq
Gəldi qocalmış baba
Şaxta baba, qış baba.
Gurladı boğuq səsi
Uğuldadı nəğməsi:
“Ay uşaqlar, mən qışam,
Burda mənzil salmışam.
Mən gələndə qar yağar,
Onu sevər uşaqlar.
Qardan adam yaparaq,
Oynarlar qar-topalaq.
Soyuq qış axşamında
İsti ocaq başında
Nağıl deyir nənələr,
Qulaq asır nəvələr”.
Çöldə ayaz, boran, qar,
Qışın da bir dövrü var...

1946

 

 
 

AXTAR:

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 3190592