Ad günü PDF ap et Dosta gndər
Mahnılar

 Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Bu axşam evdə
Böyük şənlik var
Anam bişirmiş
Dadlı qoğallar.
Gülür, sevinir
Bacım, qardaşım
Tamam olubdur
Bu gün beş yaşım.

Atam həvəslə
Dindirir tarı.
Bacım geyinmiş
Güllü paltarı.
Gülür, sevinir
Bacım, qardaşım
Tamam olubdur
Bu gün beş yaşım. 

 

 
 

AXTAR:

BU ZAMANDA:

Kitabxanamızda 5 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 221257