Qış baba PDF ap et Dosta gndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!

 

 
 

AXTAR:

BU ZAMANDA:

Kitabxanamızda 30 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 3078087