Yeni il gəlir PDF ap et Dosta gndər
Mahnılar

Sözləri Hikmət Ziyanın,
Musiqisi Musa Mirzəyevindir.

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Onların da sözü var:
- Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.

 

 
 

AXTAR:

BU ZAMANDA:

Kitabxanamızda 43 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 2934895